Baş səhifə
Xəbərlər
Akademiya
Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının “Let's talk” adlı tədbiri keçirilmişdir

Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının “Let's talk” adlı tədbiri keçirilmişdir

     Azərbaycan Gənclər Fondunun dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə keçirilən "Hədəf 5%" proqramı çərçivəsində Dövlət Gömrük Komitəsi Akademiyasının Tələbə Gənclər Təşkilatının və nəzdində fəaliyyət göstərən Dil İnkişafı klubunun təşkilatçılığı ilə Caspian Business Center-Let's talk adlı tədbir  keçirilmişdir.

     Disput və dialoqların aparılması təcrübəsində xarici dil bacarıqlarının inkişaf etdirilməsi və möhkəmləndirilməsi məqsədini daşıyan tədbirdə iştirakçılar müxtəlif maraqlı oyunlarda və danışıq klublarında iştirak etmişdirlər. Sonda ən aktiv beş tələbə sertifikatla mükafatlandırılmışdır.